"Qəbələ" ciddi itki ilə üzləşib. Hadisə Topaz Premyer Liqasının XXV turunda "Zirə" ilə qarşılaşmada baş verib. Oyunun 45-ci dəqiqəsində qapıdan zərbə zamanı sağ ayağını yerə uğursuz basan ukraynalı qolkiper dərhal həkim köməyinə ehtiyac duyub.

"Qəbələ" ciddi itki ilə üzləşib. Matc.az saytının məlumatına görə, hadisə Topaz Premyer Liqasının XXV turunda "Zirə" ilə qarşılaşmada baş verib.

Oyunun 45-ci dəqiqəsində qapıdan zərbə zamanı sağ ayağını yerə uğursuz basan ukraynalı qolkiper dərhal həkim köməyinə ehtiyac duyub. Lakin həkimlərin müdaxiləsi yetərsiz qalıb. Nəticədə təcrübəli qolkiper fasilə ərəfəsində əvəzlənməli olub. Meydanı axsayaraq tərk edən 36 yaşlı qolkiperin yerinə çərçivəyə Anar Nəzirov keçib.

Bezotosnının vəziyyətinə tibbi müayinədən sonra aydınlıq gələcək. Lakin onun mövsümü erkən başa vurduğunu ehtimal etmək olar.

Qeyd edək ki, ilk hissənin sonları gedən görüşdə "Qəbələ" 1:0 hesabı ilə öndədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest