UEFA Avropa Liqasının bu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununun daha bir səfəri müəyyənləşib. Matc.az xəbər verir ki, bu barədə məlumatı AFFA rəsmi saytı vasitəsilə yayıb.

Rusiyanın paytaxtı Moskvanın təmsilçisi "Dinamo", "Lokomotiv", "Spartak", "Moskva" klublarının heyətində oynamış, hazırda Samaranın "Krılya Sovetov" komandasında çıxış edən, Rusiya millisinin heyətində 50-dən çox oyun keçirmiş Aleksandr Səmədov UAL Final-2019-un səfəri kimi aprelin 20-də və 21-də Moskvada keçiriləcək UEFA Avropa Liqasının "KİA Kubok Turu"nda iştirak edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest