"İlk yarıda çətinliklə üzləşdik. Hər iki komandanın qol imkanları oldu. Mirabdulla Abbasovun boşa verdiyi epizodu qeyd edərdim. Fasilədən sonra vəziyyəti dəyişdik. Rəqibin azlıqda qalması da xeyrimizə oldu. Qalib gəldiyimiz üçün sevinirəm".

"Nəticədən razı qaldım. Qarşımıza qoyulan məqsədə bir addım da yaxınlaşdıq". Matc.az xəbər verir ki, bunu "Neftçi"in baş məşqçisi Roberto Bordin Topaz Premyer Liqasının XXV turunda səfərdə "Sabah"a 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

İtaliyalı mütəxəssisin sözlərinə görə, oyun çətin keçib: "Xüsusən də, ilk yarıda çətinliklə üzləşdik. Hər iki komandanın qol imkanları oldu. Mirabdulla Abbasovun boşa verdiyi epizodu qeyd edərdim. Fasilədən sonra vəziyyəti dəyişdik. Rəqibin azlıqda qalması da xeyrimizə oldu. Qalib gəldiyimiz üçün sevinirəm. Ancaq bəzi futbolçularımızın zədələnməsi və sarı vərəqə limitini doldurmasına görə üzgünəm. Azarkeşlərimizə də təşəkkür edirəm".

Bordin çempionluğun taleyinin son turda "Qarabağ"la matçda həll olunacağı fikri ilə razı olmadığını söyləyib: "çempionatın sonu yaxınlaşır. Liderlə aramızda iki xal fərq var. Hər oyunda rəqibin azlıqda qalması sayəsində bura gəlib çıxmamışıq. Hər matçda böyük hesabla qalib gəlmək olmur. çempionluğun taleyinin son turda "Qarabağ"la görüşdə həll olunacağı fikri ilə razı deyiləm. Qarşıda hələ iki tur var. Ondan sonra "Qarabağ" haqda düşünmək olar".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest