Portuqaliya Sequndasında XXX tura start verilib. Matc.az saytının məlumatına görə, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Eştoril" növbəti oyununu keçirib.

Rəqib autsayderlər zonasında qərarlaşan "Oliveyrense" olub. Görüşdə bütün qollar ilk hissədə vurulub. "Eştoril"in 8, 19 və 41-ci dəqiqədə vurduğu qollara qonaqlar 45+1-ci dəqiqədə təsəlli topu ilə cavab verib. Oyuna ehtiyatdan başlayan Dadaşov isə 37-ci dəqiqədə meydana daxil olub. O, dubla imza atan Robertonu əvəzləyib.

Bu qələbə sayəsində xallarının sayını 51-ə çatdıran "Eştoril" turnir cədvəlində 3-cü pilləyə yüksəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest