İspaniya La Liqasında XXXIII tur başlayıb. Matc.az saytının məlumatına görə, açılış oyununda "Alaves" "Valyadolid"i qəbul edib.
Oyuna sürətli başlayan ev sahibləri 2 top fərqi ilə önə keçsə də, bu üstünlüyü qoruya bilməyib. Türkiyəli hücumçu Enes ünalın penalti qolu "Valyadolid"i məğlubiyyətdən xilas edib.
İspaniya La Liqası
XXXIII tur
"Alaves" - "Valyadolid" - 2:2
Quydetti, 4; Coni, 25 - Fernandes, 38; Enes ünal, 76 (pen.)