İtaliya A seriyasının XXXIII turunda "Yuventus" "Fiorentina" ilə qarşılaşıb. Matc.az saytının məlumatına görə, 2:1 hesabı ilə qələbə qazanan turinlilər sona 5 tur qalmış növbəti çempionluğunu rəsmiləşdirib.

Bu, "Yuventus"un A seriyasında ardıcıl 8-ci çempionluğu kimi tarixə düşüb. ümumilikdə isə 35 dəfə liqanı zirvədə bitirən "qoca sinyora" bu sahədə mütləq rekordçudur.

Komandanın baş məşqçisi Massimiliano Alleqri isə ardıcıl 5 dəfə çempion olmaqla yeni rekord müəyyənləşdirib.

Eyni zamanda "böyük beşlik" çempionatlarında arıdıcıl 8 dəfə çempion olan yeganə komanda da "Yuventus"dur. Turin təmsilçisi bu birinciliklə 2002-2008-ci illərdə 7 dəfə ardıcıl Fransa çempionu olmuş "Lion"u geridə qoyub.

Kristiano Ronaldo da özünəməxsus rekorda imza atıb. Portuqaliyalı ulduz İngiltərə ("Mançester Yunayted") və İspaniyadan ("Real") sonra İtaliyada da qızıl medalları qazanaraq, 3 böyük liqada çempionluq yaşayan yeganə oyunçu kimi adını tarixə yazdırıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest