Topaz Premyer Liqasının debütantı "Sabah" heyətini yeni futbolçu ilə gücləndirib. Matç.az saytı klubun feysbuk səhifəsinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi Azərbaycan millisinin sabiq futbolçusu Elvin Yunuszadəni heyətinə qatıb.

26 yaşlı müdafiəçi  bundan sonra "Sabah"ın uğurları üçün çalışacaq. Elvin bunadək "Neftçi" (2011-2015) və "Qarabağ"ın (2015-2018) uğurları üçün çalışıb. O, Azərbaycan yığmasında 3 oyun keçirib, 1 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest