Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk oyunlarına təyinatlar müəyyənləşib. Peşəkar Futbol Liqası sabahkı qarşılaşmaları idarə edəcək hakimlərin adlarını açıqlayıb.

Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk oyunlarına təyinatlar müəyyənləşib. Matc.az xəbər verir ki, Peşəkar Futbol Liqası sabahkı qarşılaşmaları idarə edəcək hakimlərin adlarını açıqlayıb.

Erkən final hesab edilən "Qəbələ" ilə "Qarabağ"ın duelini Vüqar Həsənli idarə edəcək. Sumqayıtda eyniadlı komandanın "Zirə" ilə matçında isə Səbuhi Bayramov ədaləti qoruyacaq.

 

Azərbaycan kuboku

Yarımfinal, ilk oyunlar

23 aprel (çərşənbə axşamı)

16:00. “Qəbələ” – “Qarabağ”

Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Cəmil Quliyev, Kamal Umudlu

AFFA nümayəndəsi: Erkin Hüseynov

Hakim-inspektor: Anar Salmanov

Qəbələ şəhər stadionu

 

18:30. “Sumqayıt” – “Zirə”

Hakimlər: Səbuhi Bayramov, Knyaz Əmiraslanov, Nahid Əliyev, Rövşən Rəcəbov

AFFA nümayəndəsi: Eldəniz Musayev

Hakim-inspektor: Ceyhun Haşımov

Kapital Bank Arena

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest