Azərbaycan Premyer Liqasının XXXII turunda “Qarabağ”la keçirilən oyun “Sumqayıt”ın qapıçısı Xəyal Fərzullayev üçün əlamətdar olub. Matc.az xəbər verir ki, akademiyanın yetirməsi yüksək liqada debüt edib.

10 yaşından “Sumqayıt”da futbolun sirlərini öyrənən 18 yaşlı oyunçu ilk çempionat görüşündə qapısını toxunulmaz saxlayıb. Belə ki, komandası çempion üzərində 1:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, Xəyalla yanaşı, bu mövsüm klubun daha bir yetirməsi Sənan Muradlı da Premyer Liqada debüt edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest