"Bavariya"nın baş məşqçisi Tomas Tuxel növbəti mövsüm də iş başında ola bilər. Matc.az xəbər verir ki, almaniyalı mütəxəssisin yenidən İngiltərədə çalışmaq şansı yaranıb.

Mövsümün sonunda Münhen klubundan ayrılacaq Tuxel "Mançester Yunayted" rəhbərliyinin diqqət mərkəzindədi. "Qırmızı şeytanlar" Erik Ten Haqla vidalaşaraq, boşluğu Tuxellə doldurmaq fikrindədi. Almaniyalı ilə mümkün təyinatın müzakirəsi üçün danışıqlara başlanılıb.

Qeyd edək ki, Tomas Tuxel daha əvvəl İngiltərədə "Çelsi"ni çalışdırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest