Azərbaycan çempionu “Qarabağ”ın növbəti mövsüm Çempionlar Liqasının I təsnifat mərhələsi üçün daha bir potensial rəqibi bəlli olub. Matc.az xəbər verir ki, Belarusun “Dinamo” klubu ilk görüşündə Ağdam təmsilçisinə rəqib ola bilər.

Ölkəsinin çempionu olan Minsk təmsilçisinin püşkatma zamanı səpələnməmişlərdə yer alacağı dəqiqləşib. Daha əvvəl Litvanın “Panevejis”, Qazaxıstanın “Ordabasi”, İslandiyanın “Vikinqur” və San Marinonun “Virtus” kollektivlərinin zəiflər sırasında qərarlaşacağı məlum idi.

“Qarabağ”la yanaşı, “Ferensvaroş” (Macarıstan), “Slovan” (Slovakiya), HİK (Finlandiya), “Flora” (Estoniya), “Styaua” (Rumıniya), “Klaksvik” (Farer adaları), “Şemrok Rovers” (İrlandiya) və TNS (Uels) isə səpələnmişlərdə olacaq.

RFŞ (Latviya), Batumi “Dinamo”su (Gürcüstan), “Selye” (Sloveniya), “Hamrun” (Malta) və “Larne”nin (Şimali İrlandiya) səbəti isə qeyri-müəyyəndi.

Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü iyunun 18-də atılacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest