“Bavariya”nın müdafiəçisi Coşua Kimmix komandasının cari mövsümdəki çıxışını dəyərləndirib. Matc.az xəbər verir ki, 29 yaşlı futbolçu Çempionlar Liqasının (ÇL) yarımfinalında “Real”la keçiriləcək qarşılaşma öncəsi qeyri-stabil oyun sərgilədiklərini bildirib.

Almaniya millisinin üzvü ÇL-i qazanmağın onlar üçün vacib olduğunu söyləyib:

“Təəssüf ki, Bundesliqada fərqli, Çempionlar Liqasında fərqli “Bavariya” olur. Son bir neçə həftədə “Arsenal”a qarşı iki yaxşı oyun keçirdik. Bundesliqada isə bəzi problemlərimiz var idi. İnanılmaz mövsüm keçirən “Bayer”in haqqını verməliyik. Xoşbəxtlikdən hələ də Çempionlar Liqası uğrunda mübarizə aparırıq. Ancaq “Bavariya” kimi klub üçün təkcə bu kifayət deyil”.

Qeyd edək ki, bu gün keçiriləcək “Bavariya” – “Real” görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest