“Barselona”nın müdafiəçisi Ronald Arauxo uğrunda mübarizə qızışır. Matc.az xəbər verir ki, xüsusən də “Mançester Yunayted” Uruqvay millisinin üzvünün transferində israrını davam etdirir.

“Qırmızı şeytanlar” yay fasiləsində bu keçidi reallaşdırmaq niyyətindədi. İngiltərə klubu Arauxo müqabilində qarşı tərəfə 100 milyon avroluq təklif göndərəcək. 25 yaşlı arxa xətt oyunçusu özü “Barselona”da qalmağı üstün tutur. Lakin astronomik məbləğ kataloniyalıları fərqli düşünməyə vadar edə bilər.

Qeyd edək ki, Ronald Arauxonun “Barselona” ilə müqaviləsinin sonuna hələ iki il vaxt var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest