Minifutbol üzrə Azərbaycan millisi Monteneqronun paytaxtı Podqoritsada keçirilən beynəlxalq turnirin qalibi olub. Matc.az xəbər verir ki, futbolçularımız turnirin həlledici oyununda son dünya çempionu Rumınyaya 5:4 hesabı ilə qalib gəlib.

Bununla da Elşad Quliyevin yetirmələri baş mükafatı qazanıblar. Turnirin ən yaxşı qapıçısı Vəli Qafarov, ən yaxşı futbolçusu isə Elvin Əlizadə seçilib.

Qeyd edək ki, Monteneqroda təşkil olunan təlim-məşq toplanışı Avropa çempionatına hazırlıq xarakteri daşıyırdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest