"Bavariya" "Real"ın sabiq baş məşqçisi Xulen Lopeteqi ilə mümkün əməkdaşlıq barədə danışıqlar aparır.
 
Matc.az xəbər verir ki, Münhen komandası Avstriya millisinin baş məşqçisi Ralf Ranqnikdən rədd cavabı aldıqdan sonra ispaniyalının namizədliyini nəzərdən keçirir.
 
Qeyd olunur ki, Lopeteqi "Bavariya" üçün prioritet deyil, lakin klub yenə də bu variantı araşdırmaq qərarına gəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest