"Real" bu gün La Liqa çempionu ola bilər.
 
Matc.az xəbər verir ki, bu, "kral klubu" 34-cü turun matçında “Kadis”ə qalib gəlsə, “Barselona” isə “Jirona”ya qalib gələ bilməsə baş verəcək.
 
Klub bu gün 3 xal qazansa belə, çempionluq qeyd olunmayacaq, çünki "Barselona"nın matçı daha gec başlayacaq. Bu qərar həm də gələn həftə Çempionlar Liqasının 1/2 final mərhələsinin "Bavariya" ilə qarşıdakı cavab oyunu ilə bağlıdır.
 
Madrid Şəhər İcra Hakimiyyəti azarkeşlərin "Real Madrid"in İspaniya çempionatında erkən qələbəsini şəhərdə qeyd etmələri ilə bağlı təhlükəsizlik tədbirləri görüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest