04 May 2024, 18:33
FUTBOL
"Arsenal"ın və İspaniya millisinin qapıçısı David Raya Premyer Liqada "Qızıl Əlcək" mükafatının qalibi olacaq.
Matc.az xəbər verir ki, “Everton”un qapıçısı Cordan Pikford Premyer Liqanın 36-cı turunun “Luton Taun”la oyununda (1:1) qapısını toxunulmaz saxlaya bilmədiyi üçün qalib olmaq şansını itirib.
Qeyd edək ki, Raya hazırda İngiltərə Premyer Liqasında 14 "quru" matç keçirib.