Dortmund "Borussiya"sının əfsanəvi futbolçusu Marko Roys karyerasını Almaniyadan kənarda davam etdirmək niyyətindədir.
 
Matc.az xəbər verir ki, ötən gün Almaniya klubu 34 yaşlı yarımmüdafiəçinin bu mövsümün sonunda ayrılacağını açıqlamışdı.
 
Roys təqaüdə çıxmaq niyyətində deyil. O, Bundesliqadan kənar komandaya keçmək istəyir. Futbolçu ilə MLS və Türkiyə klubları yaxından maraqlanır.
 
Bu mövsüm Roys "arılar"ın heyətinə bütün turnirlər daxil olmaqla 37 matçda 7 qol vurub və 7 məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest