"Sumqayıt" Azərbaycan Premyer Liqasının 33-cü turunda səfərdə "Kəpəz"lə 1:1 hesablı heç-heçə edib.
 
Matc.az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Samir Abasov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
 
- Azarkeşlərimizə təşəkkür edirəm. Tovuz çox ağır səfərdir. İki həftə əvvəl də burada olmuşuq. Futbolçularım ağır görünürdü. Oyunun əvvəlində nəzarəti kontrol altına aldıq, 1-2 epizod yaratdıq. Təəssüf ki, ağır hərəkət etməyimiz, topu bir-birimizə pas verəndə zaman itirməyimiz, gec qərarlar verməyimiz istədiyimiz kimi oynamağa imkan vermədi. Bilmirəm son oyundan sonra bərpa oluna bilməmişikmi. Amma səfərdə 1 xal qazana bildik. Digər oyunlara yaxşı hazırlaşacağıq. Bu gün bir çox şeylər məni razı salmadı. Müdafiəçilərimiz ən pis oyunlarını keçirdilər. "Qarabağ"la matçdakı yorğunluqdan irəli gələ bilər. Bunun əvəzini çıxacayıq".
 
- 2 xal itirdiniz, yoxsa 1 xal qazandınız?
 
- Bilmirəm. Oyunun gedişatı heç ürəyimcə deyildi. Keçən həftə olan, baş verə bilərdi. Özümüz gərginlik yaradırdıq. İtirdiyimizi və ya qazandığımızı növbəti üç oyundan sonra biləcəyik. Bəlkə də, qazandıq.
 
- Bu oyunun derbi atmosferində keçməyi sizcə anormal deyil?
 
- "Kəpəz" evinə yaxında oynayır, azarkeşlər öz komandalarını dəstəkləyirlər. Bunun yaxşı tərəfi də var ki, bizim oyunçular da ayılırlar. Gərginliyin haradan irəli gəldiyini bilmirəm. Futbolçular udmaq istəyirdi. Rəqib futbolçuları qınaya bilmərəm.
 
- Sizcə, "Kəpəz" "Zirə" və "Neftçi"yə qarşı da belə oynayacaq?
 
- Oynayacaqlar. Amma bütün aparıcı oyunçuları qırmızı vərəqə aldı. Bu öz təsirini göstərəcək. 
 
- Komanda son üç oyunda təzyiqin altından çıxa biləcək?
 
- Biz çox planları pozmuşuq. Düşünürlər ki, bu imkanlarla necə olur ki, "Sumqayıt" bu yerdədir. Amma biz bu təzyiqin altından çıxmalıyıq. 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest