Azərbaycan Premyer Liqasında 33-cü turun oyunları davam edir.

Matc.az xəbər verir ki, 2-ci oyun günündə 2 qarşılaşma baş tutub. Öncə "Turan Tovuz" doğma meydanda "Zirə"ni qonaq edib. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. 

Daha sonra "Araz-Naxçıvan" Bakıda "Sabah"ı qəbul edib. Oyun "bayquşlar"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. 

Qeyd edək ki, turun digər matçı mayın 6-sı keçiriləcək. 

Azərbaycan Premyer Liqası
33-cü tur 
4 may

"Turan Tovuz" - "Zirə" 1:2 
Qol: Fərid Nəbiyev, 52 - Salifu Suma, 14. Meza Kolli, 70

Tovuz şəhər stadionu. Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu

"Turan Tovuz": 13. Aydın Bayramov, 4. Şəhriyar Əliyev (k), 10. Xəyal Nəcəfov, 77. Fərid Nəbiyev, 2. İsmayıl Zülfüqarlı, 5. Roderik Miller, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 7. Luis Paçu, 25. Denis Marandiçi, 11. Ayxan Quseynov
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 14. Slavik Alxasov, 39. Sadiq Quliyev, 88. Faiq Hacıyev, 8. Fərid Yusifli, 99. Veysəl Rzayev, 33. Eltun Turabov, 9. Belajdi Pusi, 80. Otto Con, 21. Aleks Souza
Baş məşqçi: Ayxan Abbasov

"Zirə": 97. Tiaqo Silva, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 5. Stefan Aka, 4. Ruan Renato, 23. Rafael Utziq, 15. Pyer Zebli, 6. Eldar Quliyev, 19. Salifu Suma
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 17. Araz Abdullayev, 77. Məqsəd İsayev, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 29. Ceyhun Nuriyev, 66. Pərviz Azadov, 24. Sezar Meza Kolli, 28. Abbas İbrahim
Baş məşqçi: Rəşad Sadıqov

19:00 "Araz-Naxçıvan" - "Sabah" 0:1 

Qol: Ayaz Quliyev, 1
“Liv Bona Dea Arena”. Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rahil Ramazanov, Rəşad Əhmədov

"Araz-Naxçıvan": 12. Kristian Avram, 6. Vadim Abdullayev (k), 39. Tural Bayramlı, 55. Zamiq Əliyev, 2. Abdulla Rzayev, 9. Elvis Maşike, 23. Nuno Rodriqes, 42. Kadiri Mohammed, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 27. Numan Kurdiç. 
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 17. İldar Alekperov, 88. Tuqay Əlizadə, 11. Ramin Nəsirli, 13. Mirəli Əhmədov, 19. Aksel Nqando, 29. Vanderson Melo, 8. İsmail Azzaui. 
Baş məşqçi: Elmar Baxşıyev

"Sabah": 1. Yusif İmanov, 4. Elvin Camalov (k), 17. Tellur Mütəllimov, 8. Ayaz Quliyev, 2. Amin Seydiyev, 88. Xəyal Əliyev, 14. İshak Belfodil, 44. Sofian Çakla, 70. Cesse Sekidika, 3. Con İrasabal, 28. Kahim Parris. 
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 16. Rustam Samigullin, 10. Namik Ələskərov, 5. Rəhman Daşdəmirov, 6. Abdulax Xaybulaev, 40. Rauf Rüstəmli, 15. Kristian da Silva, 24. Maruan Hadudi, 7. Boyan Letiç, 18. Davit Volkov, 19. Emmanuel Apeh, 90. Oluvaseun Timilehin. 
Baş məşqçi: Krunoslav Renduliç

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest