Azərbaycan kubokunda yarımfinal mərhələsinə start verilib. Matc.az saytının məlumatına görə, ilk oyunlar bölgələrdə keçirilib.

Əvvəlcə "Qəbələ" ilə "Qarabağ" birincilərin meydanında üz-üzə gəlib. Erkən final sayılan görüşə hər iki komanda itki ilə çıxıb. "Qarabağ"da müdafiəçi Yakub Jezniçak, "Qəbələ"də isə qapıçı Dmitri Bezotosnı müxtəlif səbəblərdən meydana çıxmayıb. Bu mövsüm Premyer Liqanın bütün oyunlarında rəqibinə məğlub olan "Qəbələ" həm buna, həm də Ağdam təmsilçisinin ardıcıl qələbələr seriyasına son qoyub. Ceyms Adeniyinin yeganə qolu cavab görüşü öncəsi "qırmızı-qaralar"ı bir addım önə çəkib.

Digər cütlükdə "Sumqayıt" "Zirə"ni qəbul edib. 1/4 finalda müvafiq olaraq "Neftçi" və "Səbail"i mübarizədən kənarlaşdıran komandalar oyundan qolsuz bərabərliklə ayrılıblar.

Azərbaycan kuboku

Yarımfinal, ilk oyunlar

23 aprel (çərşənbə axşamı)

“Sumqayıt” – “Zirə” - 0:0

“Kapital Bank Arena”. Hakimlər: Səbuhi Bayramov, Knyaz Əmiraslanov, Nahid Əliyev, Rövşən Rəcəbov

“Sumqayıt”: 1. Mehdi Cənnətov, 4. Şəhriyar Əliyev, 99. Əli Babayev, 60. Elvin Məmmədov, 10. Aleksey İsayev, 22. Əfran İsmayılov (k), 5. Adil Nağıyev, 34. Elvin Bədəlov, 8. Peyman Babayi, 74. Yusif Nəbiyev, 18. Süleyman Əhmədov

Ehtiyat oyunçular: 12. Rəşad Əzizli, 13. Aydın Bayramov, 2. Rail Məlikov, 17. Nicat Qurbanov, 7. Cavid Tağıyev, 15. Əmir Ağayev, 70. Ülvi İsgəndərov, 97. Xəyal Nəcəfov, 77. Murad Xaçayev, 49. İbrahim Əliyev

Baş məşqçi: Ayxan Abbasov

“Zirə”: 85. Kamal Bayramov (k), 2. İlkin Qırtımov, 88. Tellur Mütəllimov, 14. Bəxtiyar Həsənalızadə, 27. Adrian Skarlatake, 11. Dilan Duventru, 23. Mfo Kqasvane, 20. Fofana İsmael, 18. Xulio Sezar Rodriges, 48. Şafik Tiqrudja, 38. İlkin Muradov

Ehtiyat oyunçular: 62. Abdulla Seyidəhmədov, 39. Sadiq Quliyev, 8. Kamal Mirzəyev, 6. Vüqar Mustafayev, 7. Pərdis Fərcad-Azad, 77. Mirsahib Abbasov, 26. Miloş Radivoyeviç, 10. Sadio Tounkara, 17. Robin Nqalande, 3. Budaq Nəsirov, 99. Rafael Məhərrəmli

Baş məşqçi: Samir Abasov

 

“Qəbələ” – “Qarabağ” - 1:0

Qol: Ceyms Adeniyi, 72

Qəbələ şəhər stadionu. Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Cəmil Quliyev, Kamal Umudlu

“Qəbələ”: 1. Anar Nəzirov, 34. Urfan Abbasov (k), 4. Elvin Camalov, 10. Rauf Əliyev, 3. Vojislav Stankoviç, 17. Ceyms Adeniyi, 88. Sabien Lilay, 28. Stiven Monroz, 9. Davit Volkov, 27. Bəhlul Mustafazadə, 2. Amin Seydiyev

Ehtiyat oyunçular: 35. Murad Popov, 5. Rasim Ramaldanov, 18. İlqar Qurbanov, 14. Cavid Hüseynov, 21. Atakora Lalavele, 8. Qismət Alıyev, 7. Roman Hüseynov, 98. Rövlan Muradov, 33. Vüsal Məsimov, 6. Rüstəm Nuruyev, 77. Samir Qurbanov

Baş məşqçi: Zaur Həşimov

“Qarabağ”: 13. Vaqner da Silva, 4. Rahil Məmmədov, 55. Bədavi Hüseynov, 5. Maksim Medvedev (k), 9. Araz Abdullayev, 2. Qara Qarayev, 6. Simeon Slavçev, 77. Donald Gerye, 19. Filip Ozobiç, 99. Reynaldo Silva, 11. Mahir Mədətov

Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 94. Nicat Mehbalıyev, 30. Abbas Hüseynov, 14. Rəşad Sadıqov, 20. Riçard Almeyda, 17. Abdullah Zubir, 8. Markos Madera, 10. Dani Kintana, 7. İnnosent Emeqara, 18. İsmayıl İbrahimli, 21. Hacıağa Hacılı, 71. Toral Bayramov

Baş məşqçi: Qurban Qurbanov

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest