Azərbaycan millisinin Millətlər Liqasının C liqasında Estoniya ilə keçirəcəyi səfər oyununu biletləri satışa çıxarılıb. Matc.az xəbər verir ki, bu barədə Estoniya Futbol Federasiyası məlumat yayıb.

Bildirilib ki, Tallində baş tutacaq qarşılaşmanın biletləri sektordan asılı olaraq 5-100 avro arasında satışdadı. Bu isə təxminən 9-183 manat deməkdi.

Qeyd edək ki, Estoniya - Azərbaycan görüşü oktyabrın 11-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest