"Barselona"nın hücumçusu Robert Levandovski PSJ-nin hücumçusu Kilian Mbappe haqda danışıb.
 
Matc.az xəbər verir ki, polşalı forvard bu barədə "RMC Sport"a açıqlama verib:
 
“Kilianı digər oyunçularla müqayisə etsəniz, onun başqa cür olduğunu başa düşəcəksiniz. O, gənc oyunçulara futbolun vacib olan tək şey olmadığını başa salır.
 
O, həm də şəxsiyyət nümunəsidir, vacib olanın təkcə futbol meydançası deyil, həm də sizin başınızdakıların olduğunu göstərir. O, nə etmək istədiyini və bunu necə etmək lazım olduğunu aydın təsəvvür edən çox ağıllı bir oğlandır.
 
Onun getdiyi yol aydındır. O, təkcə futbolçu kimi deyil, həm də insan kimi ağıllıdır. Bunu bir neçə il əvvəl ilk dəfə görəndə hiss etdim.
 
Kilianla çox şey danışa bilərsiniz. Onunla danışandan sonra başa düşürsən ki, o, çox ciddi insandır”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest