Bu gün futzal üzrə Azərbaycan Kubokunda 2023-24 mövsümünün final oyunu keçirilib. Matc.az xəbər verir ki, həlledici qarşılaşmada “Araz-Naxçıvan” və “Baku Fire” komandaları üz-üzə gəlib.
Bakı İdman Sarayında təşkil olunan görüşün əsas və əlavə vaxtı 5:5 hesabı ilə tamamlanıb. Belə olan təqdirdə, qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq (5:4) olan "Araz-Naxçıvan" ölkə kubokuna sahib çıxıb. Bununla ölkə çempionu 15 illik kubok həsrətinə son qoyaraq, mövsümü "qızıl dubl" ilə tamamlayıb.
Azərbaycan Kuboku
Final
7 may
“Araz-Naxçıvan” – “Baku Fire” 5:5 (penaltilər seriyası - 5:4)
Qollar: Amadeu, 3:20, Andre Junior, 6:43, Kamran Hacıyev, 11:35 (ö/q), Xəzər Ağalızadə, 29:00, Lukas Romao, 33:29 - Kənan Manafov, 10:25, Tofiq Mikayılov, 13:56, İaqo Henrique, 19:09, Oktay Rüstəmli, 20:15, Elvin Quliyev, 23:23
Hakimlər: Əli Cəbrayılov, Hikmət Qafarlı, Kənan Məlikov
Hakim-inspektor: Ramiz Əsədov
Bakı İdman Sarayı