Qəsəbə təmsilçisi indiyədək bu rəqiblə yalnız Premyer Liqada üz-üzə gəlib. Kubokda ilk dəfə qarşılaşacaq komandalar ümumilikdə 17-ci duelə çıxacaq. Çempionatdakı 16 görüşdə "Zirə" böyük üstünlüyə malikdi.

Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinə start veriləcək. Matc.az xəbər verir ki, "Zirə" "Sumqayıt"la qarşılaşacaq.

Tarixində ilk dəfə yarımfinala yüksələn bakılılar finala vəsiqə uğrunda mübarizə aparacaq. Komandalar arasında ilk oyun Sumqayıtda baş tutacaq.

Qəsəbə təmsilçisi indiyədək bu rəqiblə yalnız Premyer Liqada üz-üzə gəlib. Kubokda ilk dəfə qarşılaşacaq komandalar ümumilikdə 17-ci duelə çıxacaq. çempionatdakı 16 görüşdə "Zirə" böyük üstünlüyə malikdi. 9 qələbəsi olan komanda 3 heç-heçə edib və 4 dəfə uduzub. 21 qol vurub 12-ni buraxan zirəlilərin heyətində Aleksandr Dedovla Vüsal İsgəndərli daha çox - hərəyə 3 dəfə rəqib qapısına yol tapıb.

"Gənclik şəhəri" təmsilçisi ilə səfərdəki 8 qarşılaşmada 3 qələbə, 2 heç-heçə və 3 məğlubiyyəti olan "Zirə" top fərqində minimal üstünlüyə sahibdi. 7 qol vuran bakılılar 6 top buraxıblar. Komandalar cari mövsümdə 5-ci dəfə qarşılaşacaq. İlk oyunda uduzan "Zirə" sonrakı görüşlərdə ardıcıl üç qələbə qazanıb. 2019-cu ilə təsadüf edən iki oyunda isə "Zirə" qol da buraxmayıb.

 

2015/16 mövsümü

13.09.2015. Premyer Liqa. Sumqayıt - Zirə - 0:0

07.11.2015. Premyer Liqa. Zirə - Sumqayıt - 3:2

Cəmil Hacıyev, 16 (ö.q); Adil Nağıyev, 49; Nicat Qurbanov, 75 // Ağabala Ramazanov, 45; Pərdis Fərcad Azad, 81

06.02.2016. Premyer Liqa. Sumqayıt - Zirə - 0:2

Nelson Bonilla, 4; Rəşad Abdullayev, 90+2

03.04.2016. Premyer Liqa. Zirə - Sumqayıt - 1:0

Nurlan Novruzov, 84

 

2016/17 mövsümü

06.08.2016. Premyer Liqa. Zirə - Sumqayıt - 0:1

Vaqif Cavadov, 75

17.12.2016. Premyer Liqa. Sumqayıt - Zirə - 1:0

Mirabdulla Abbasov, 14

27.02.2017. Premyer Liqa. Zirə - Sumqayıt - 1:0

Riçard Qadze, 35

15.04.2017. Premyer Liqa. Sumqayıt - Zirə - 1:1

Mirabdulla Abbasov, 83 - Milan Duriç, 90+4 (p.)

 

2017/18 mövsümü

26.08.2017. Premyer Liqa. Zirə - Sumqayıt - 3:1

Riçard Qadze, 52; Vüsal İsgəndərli, 61, 77 - Jozef Bum, 88 (ö.q.)

21.10.2017. Premyer Liqa. Sumqayıt - Zirə - 2:1

Amil Yunanov, 38; Vurğun Hüseynov, 83 - Sadio Tounkara, 5

10.02.2018. Premyer Liqa. Zirə - Sumqayıt - 1:1

Vüsal İsgəndərli, 40 - Tural Axundov, 35

20.05.2018. Premyer Liqa. Sumqayıt - Zirə - 1:2

Cavid İmamverdiyev, 13 - Aleksandr Dedov, 68; Sadio Tounkara, 90+5

 

2018/19 mövsümü

30.09.2018. Premyer Liqa. Sumqayıt – Zirə - 1:0

Adil Nağıyev, 16 (ö.q.)

25.11.2018. Premyer Liqa. Zirə – Sumqayıt – 3:1

Aleksandr Dedov, 36, 74; Bilal Həmdi, 90+6 - Əfran İsmayılov, 45+3

24.02.2019. Premyer Liqa. Sumqayıt – Zirə - 0:1

Mfo Kqasvane, 23

13.04.2019. Premyer Liqa. Zirə – Sumqayıt – 2:0

Xulio Sezar Rodrigez, 33; İlkin Qırtımov, 90+2

 

"Sumqayıt"la matç "Zirə"nin Azərbaycan kubokunda 13-cü oyunu olacaq. Yarışda 5-ci mövsümünü keçirən "qartallar" indiyədək 7 qələbə qazanıb, 5 məğlubiyyət alıb. 15 qol vurub, 17-ni buraxan komanda indiyədək 7 rəqiblə görüşüb. "Sumqayıt" turnirdəki 8-ci rəqib olacaq. 8-ci rəqiblə səfər matçı rəqib meydanlarındakı 8-ci kubok sınağıdı. Əvvəlki 7 oyunda 4 qələbə və 3 məğlubiyyəti olan "Zirə" 9 top vurub, 12-ni buraxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest