PSJ rəhbərliyi komandanın aparıcı futbolçularından olan Canluici Donnarumma ilə yeni müqavilə imzalamaq istəyir. Matc.az xəbər verir ki, bu barədə məlumatı journalist Canluka di Martsio yayıb.

Paris klubu italiyalı qolkiperlə əməkdaşlığı uzun müddət davam etdirmək niyyətindədi. Hələlik yeni anlaşmanın müddəti açıqlanmayıb. Ancaq parislilər Donnarummanı müqavilə müddətinin uzadılmasına razı salmaqda israrlıdılar.

Danışıqlara 2023/24 mövsümü bitən kimi start veriləcək. Klub rəhbərliyi 25 yaşlı çərçivə qoruyucusunu razı salmaq üçün ona kapitanlıq sarğısını həvalə etməyə də müsbət yanaşır.

Qeyd edək ki, Donnarumma PSJ-yə 2021-ci ildə “Milan”dan transfer olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest