Topaz Premyer Liqasının VIII turunun "Qarabağ" – "Səbail" matçının nəticəsi ləğv oluna bilər. Matç.az saytı xəbər verir ki, buna səbəb adı protokolda olmayan futbolçunun meydana daxil olmasıdı.
İkinci hissədə "Qarabağ"ın heyətində meydana daxil olan Abbas Hüseynovun adı görüşün protokolunda qeyd edilməyib. Bu texniki səhv Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsinin ləğvi ilə nəticələnə bilər.
"Qarabağ"a texniki məğlubiyyətin verilməsi AFFA-nın İntizam Komitəsinin yığıncağında rəsmiləşəcək.
 
Qeyd edək ki, cari mövsümdə  nəticəsi ləğv olunan ilk oyun olmayacaq. "Səbail" "Zirə"ylə matçda da texniki qələbə qazanmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest