AFFA İntizam Komitəsinin (İK) bu gün keçirilən iclasında aşağı yaş qrupu üzrə çempionatlarla bağlı qərarlar verilib. Matc.az saytının məlumatına görə, qurum bu dəfə də texniki məğlubiyyət cəzası kəsib.

U-16 qızlar Liqasının UGİM (Xaçmaz) – "Keşlə" FK (Bakı) oyununda iştirak etməyən ikincilərə 0:3 hesablı texniki məğlubiyyət verilib.

Futzal üzrə Birinci Liqanın "Baku Fire" – "Abşeron" matçında "Abşeron", İkinci Liqanın "Gənclik" İK – "Xəzər Astara" görüşündə isə "Xəzər Astara" meydana çıxmayıb. Bu səbəbdən hər iki komanda 0:5 hesablı texniki məğlubiyyətlə üzləşib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest