"Mançester Yunayted" çempionlar Liqasına vəsiqə qazana bilməsə, komandada ciddi dəyişikliklər olacaq. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, bir neçə aparıcı futbolçu "qırmızı şeytanlar"ı tərk edəcək.

Söhbət konkret olaraq qapıçı David De Xea, yarımmüdafiəçi Pol Poqba və hücumçu Romelu Lukakudan gedir. Komanda Premyer Liqada ilk "4-lüy"ə düşə bilməsə, adıçəkilən oyunçular digər variantları nəzərdən keçirəcək. PSJ De Xea, "Real" Poqba, "İnter" isə Lukaku ilə maraqlanır.

Qeyd edək ki, "Mançester Yunayted" hazırda turnir cədvəlinin 6-cı pilləsində qərarlaşır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest