"Barselona" daha bir futbolçusu ilə müqavilə müddətini yeniləyib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, yarımmüdafiəçi Arturo Vidal sözləşməsini uzadıb.

ötən ilin yayında "Bavariya"dan transfer edilən çili millisinin üzvünün performansı Kataloniya klubunun ürəyincə olub. Bu üzdən rəhbərlik onunla əməkdaşlığı uzatmaq fikrinə düşüb. Rəhbərlik Vidalın 2021-ci ilin yayına qədər olan sözləşmə müddətini daha 1 il uzatmaq hüququndan yararlanıb.

Yaxın günlərdə bunun rəsmən açıqlanması gözlənilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest