Çempionatın bütün matçlarında "Qarabağ"a uduzmağımız futbolçulara pis təsir etmişdi. Amma istər-istəməz oyunçularda uduzmamaq iradəsi yaranır. Həmin görüşləri təhlil etdik və çalışdıq ki, eyni səhvləri təkrarlamayaq. Futbolçular taktiki olaraq düzgün oynadılar. Bu, hələ başlanğıcdır. Bilirik ki, ikinci qarşılaşmada daha çətin olacaq"

"Zirə" ilə çempionatın ağır ev oyunundan sonra futbolçular bərpa dövrü keçdilər. Kubokda "Qarabağ" kimi güclü rəqibə qarşı oynayacağımızı bilirdik". Matc.az saytının məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov deyib.

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda "Qarabağ"la qarşılaşan əyalət klubunun çalışdırıcısı 1:0 hesablı qələbə ilə bağlı fikirlərini klub saytı ilə bölüşüb: "Komanda həm hücumda, həm müdafiədə tapşırıqları yerinə yetirdi. "Qarabağ"la görüşdə taktiki səhv edirsənsə, rəqib yerində cəzalandırır. Son oyunları təhlil etmişdik. çempionatda keçirdiyimiz görüşlərdə məğlub olmuşduq. Buna balaca konsentrasiya itkisi səbəb olmuşdu. Futbolçular məsuliyyəti dərk etdilər. Bu, sadəcə olaraq ilk oyun idi".

Gənc mütəxəssis ikinci görüşdə daha güclü "Qarabağ"a qarşı oynamalı olacaqlarını bildirib: "Ona görə də mərhələ adlamaq üçün bugünkündən daha yüksək səviyyədə oynamalıyıq. çempionatın bütün matçlarında "Qarabağ"a uduzmağımız futbolçulara pis təsir etmişdi. Amma istər-istəməz oyunçularda uduzmamaq iradəsi yaranır. Həmin görüşləri təhlil etdik və çalışdıq ki, eyni səhvləri təkrarlamayaq. Futbolçular taktiki olaraq düzgün oynadılar. Bu, hələ başlanğıcdır. Bilirik ki, ikinci qarşılaşmada daha çətin olacaq".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest