"Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqba komandanı tərk etmək fikrinə düşüb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Fransa millisinin üzvü "Real"a keçmək niyyətindədi.

"Kral klubu"nun əsas transfer hədəfi olan 26 yaşlı ulduz futbolçu istəyini komanda yoldaşlarına da bildirib. "Qırmızı şeytanlar" çempionlar Liqasına vəsiqə qazana bilməsə, orta sahə oyunçusunun klubu tərk edəcəyi, demək olar ki, dəqiqdi.

Qeyd edək ki, Pol Poqbanın "Mançester Yunayted"lə müqavilə müddəti 2021-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest