"Liverpul"un lideri Məhəmməd Salah mövsümün sonunda komandanı tərk edə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, misirli futbolçu baş məşqçi Yurgen Kloppla yola getmir.

AS nəşri son vaxtlar cütlük arasında soyuqluğun yarandığını və Salahın bu üzdən ayrılmaq istədiyini iddia edib. Hətta ulduz futbolçunun rəhbərliklə görüşərək istəyini onlara çatdırdığı da vurğulanıb. Lakin "qırmızılar" onu yalnız astronomik məbləğ qarşığında satmağa razıdı. Salahin keçidində ən çox maraqlı olan komanda isə "Real"dı.

Qeyd edək ki, bu mövsüm bütün turnirlərdə 22 qol, 10 assistlə yadda qalan Məhəmməd Salahın "Liverpul"la müqavilə müddəti 2023-cü ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest