"Tottenhem"in yarımmüdafiəçisi Kristian Eriksen komandada qala bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, London təmsilçisi danimarkalı futbolçuya yeni müqavilə təklif edib.

Bunu komandanın baş məşqçisi Mauritsio Poçettino söyləyib. Argentinalı mütəxəssis ulduz futbolçu ilə gələn ilin yayına qədər müqaviləsinin müddətini uzatmaq istədiklərini vurğulayıb: "Danışıqlara başladıq. Mövsümün sonunda bunu yekunlaşdıracağıq. Kristian xüsusi insandı. ümid edirəm ki, o, hələ uzun illər burda qalacaq".

Qeyd edək ki, "Real"ın maraq dairəsində olan Kristian Eriksen bu mövsüm 8 qol, 17 assistlə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest