FİFA bəzi futbolçulara sərt cəzalar verib. İntizam kodeksini pozan 7 futbolçu ömürlük futboldan uzaqlaşdırılıb. İbrahim Karqbo (Sierra Leone) anışılmış oyunlara görə hər hansı bir futbol fəaliyyətindən ömürlük kənarlaşdırılıb.

FİFA bəzi futbolçulara sərt cəzalar verib. Matc.az saytının məlumatına görə, intizam kodeksini pozan 7 futbolçu ömürlük futboldan uzaqlaşdırılıb.

Karlon Murrey, Keyno Tomas (hər ikisi Trinidad və Tobaqo), Hellinqs Mvakasunqula (Malavi), İbrahim Karqbo (Sierra Leone), Seidat çomoqo (Benin), Leonel Duarte (Kuba), Məhəmməd Salim İsrafil Koxistani (Əfqanıstan) danışılmış oyunlara görə hər hansı bir futbol fəaliyyətindən ömürlük kənarlaşdırılıb.

Qurum keniyalı Cordc Obino Audiyə isə 10 illik cəza verib. O həmçinin 15 min İsveçrə frankı məbləğində cərimələnib. 

Qeyd edək ki, İbrahim Karqbo bir müddət ölkəmizdə çıxış edib. O, 2010-2013-cü illərdə "Bakı"nın şərəfini qoruyub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest