30 May 2024, 14:05
FUTBOL
Transfer çalışmalarını sürətlə davam etdirən “Araz-Naxçıvan” heyətinə daha bir yeni futbolçu qatıb. Matc.az xəbər verir ki, Naxçıvan təmsilçisi bu dəfə qapı xəttini gücləndirib.
Ötən mövsümü "Turan Tovuz"da keçirən Tərlan Əhmədli bundan sonra “Araz-Naxçıvan”ın formasını geyinəcək. Tərəflər arasında 1 illik müqavilə imzalanıb. Karyerası ərzində “Sumqayıt” və “Qəbələ”də də çıxış etmiş 29 yaşlı çərçivə qoruyucusu 2024/25 mövsümünün sonunadək yeni komandasının uğurları üçün çalışacaq.
Qeyd edək ki, “Araz-Naxçıvan” bundan öncə “Qəbələ”dən Urfan Abbasov və Ülvi İsgəndərovu, “Neftçi”dən isə Ömər Buludovu heyətinə qatıb.