Azərbaycan Premyer Liqasına qayıdan “Şamaxı”da ayrılıq baş verib. Matc.az xəbər verir ki, qapıçı Əkpər Vəliyev bölgə təmsilçisini tərk edib.

Klubun mətbuat xidməti 22 yaşlı qolkiperlə başa çatan müqavilənin yenilənmədiyi barədə məlumat yayıb.

Qeyd edək ki, “Şamaxı” bu mövsüm Azərbaycan I Liqasının qalibi olub və 2024-25 mövsümündə elitada iştirak etmək hüququ qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest