30 May 2024, 18:38
FUTBOL
Türkiyə Superliqasında çıxış edən "Antalyaspor" yeni baş məşqçisi Aleks de Souza ilə müqavilə imzalayıb.
Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Antalya təmsilçisi braziliyalı mütəxəssis ilə 2 illik sözləşmə imzalayıb.
Qeyd edək ki, Aleks daha əvvəl "San Paulu"nun U-20 komandasında və "Avai"də (Braziliya) çalışıb.
Xatırladaq ki, Braziliya millisinin sabiq üzvü Türkiyədə "Fənərbaxça"dakı çıxışları ilə tanınıb. O, 2004-2012-ci illərdə İstanbul klubunun formasını geyinib.