İtaliya mətbuatı ölkə xaricində fəaliyyət göstərən məşqçi və futbolçuları barədə maraqlı araşdırma aparıb. Matc.az saytı xəbər verir ki, həmkarlarımız çempionluq şansını qoruyan legionerlərini sıralayıb.

Siyahıda "Neftçi"ni çalışdıran Roberto Bordin və onun rəhbərliyi altında çıxış edən Canluka Sansone də var. İtalyanlar iki tur əvvəl liderliyi əldən verən "Neftçi"nin çempionluq şanslarını dəyərləndirib.

Yerli KİV hesab edir ki, Bordinin "Şerif"dəki uğuru təkrarlamaq şansı o qədər də yüksək deyil: "Azərbaycan çempionunun müəyyənləşməsinə bir neçə gün qalıb. ötən turda "Sabah"a qalib gələn "Neftçi" lider "Qarabağ"la aradakı 2 xallıq fərqi qoruyur. Bordini və Sansoneni çempionluqdan cəmi 270 dəqiqə ayırır. Ancaq son 3 tura nəzər yetirsək, çempionluq şanslarının "Qarabağ"la müqayisədə az olduğunu görərik. Xüsusən də, mayın 5-də "Qəbələ" ilə keçiriləcək oyun həlledici ola bilər. Bordin "Şerif"dəki uğuru təkrarlamaq istəyir. Ancaq Bakı xəyalları reallaşmaya bilər".

Qeyd edək ki, "Neftçi" son 3 turda müvafiq olaraq "Sumqayıt", "Qəbələ" və "Qarabağ"la qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest