"Real"ın müdafiəçisi Rafael Varan uğrunda mübarizə qızışır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "Yuventus"dan sonra PSJ də ulduz futbolçuya "elçi düşüb".

"Kral klubu"ndan ayrılmaqda qərarlı olan Fransa millisinin üzvünü parislilər vətənə qaytarmaq niyyətindədi. Bunun üçün PSJ rəhbərliyi 26 yaşlı müdafiəçinin meneceri ilə danışıqlara başlayıb. Ancaq "Real" rəhbərliyi də onu fikrindən daşındırağa çalışır.

Qeyd edək ki, Rafael Varan "Real"a 2011-ci ildə "Lans"dan keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest