İngiltərə Peşəkar Futbol Assosiasiyası (PFA) Premyer Liqada mövsümün simvolik komandasını müəyyənləşdirib. Siyahıda "Mançester Siti" və "Liverpul" futbolçuları çoxluq təşkil edir. Belə ki, "şəhərlilər"in 6, "qırmızılar"ın isə 4 üzvü simvolik komandada yer alıb.

İngiltərə Peşəkar Futbol Assosiasiyası (PFA) Premyer Liqada mövsümün simvolik komandasını müəyyənləşdirib. Matc.az saytı xəbər verir ki, siyahıda "Mançester Siti" və "Liverpul" futbolçuları çoxluq təşkil edir.

Belə ki, "şəhərlilər"in 6, "qırmızılar"ın isə 4 üzvü simvolik komandada yer alıb. Maraqlı məqam ondadı ki, "Liverpul"un lideri Məhəmməd Salah ən yaxşılar arasına düşməyib.

 

Qapıçı: Ederson Moareş ("Mançester Siti")

Müdafiəçilər: Trent Aleksander-Arnold, Endryu Robertson, Vircil van Deyk (hamısı "Liverpul"), Emerik Laport ("Mançester Siti");

Yarımmüdafiəçilər: Fernandinyo, Bernardo Silva (hər ikisi "Mançester Siti"), Pol Poqba ("Mançester Yunayted");

Hücumçular: Rahim Sterlinq, Serxio Aquero (hər ikisi "Mançester Siti"), Sadio Mane ("Liverpul").

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest