"Qalatasaray" Türkiyə kubokunun finalına yüksəlib. Matc.az xəbər verir ki, yarımfinal mərhələsinin ilk görüşündə "Yeni Malatyaspor"la qolsuz bərabərliyə razılaşan İstanbul təmsilçisi səfərdə böyük hesablı qələbə qazanıb - 5:2.

Fatih Terimin komandası finalda hər iki görüşdə "ümraniyəspor"u 1:0 hesabı ilə üstələyən "Akhisarspor"la qarşılaşacaq.

Final mayın 16-da Sivas şəhərində baş tutacaq.

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest