"Başakşəhər"in hücumçusu Emmanuel Adebayor fransız məşqçi Arsen Venqerlə portuqaliyalı mütəxəssis Joze Mourinyonu müqayisə edib. Matc.az xəbər verir ki, futbolçu London "Arsenal"ı və Madrid "Real"ında oynadığı vaxtları yada salıb.

"Biri sakitdi, digəri yox. Yadıma gəlir, "Arsenal"da oynayanda 1:2 hesabı ilə uduzduq. çox pis oynamışdıq. Tyerri Anri həmin məğlubiyyətdən sonra az qala dəli olacaqdı. Bu zaman Venqer paltardəyişmə otağına gəldi. Ona dedi ki, sakit ol, biz ideal görünürük" - deyə, Adebayor bildirib.

Toqolu hücumçu Mourunyo haqda isə bunları deyib: "Real"da çıxış etdiyim vaxt oyunların birində fasiləyə 3:0 hesabı ilə öndə çıxmışdıq. Joze paltardəyişmə otağına daxil oldu. Soyuducudan su qabını götürüb hirslə bizə atdı. Mənəvi cəhətdən hamını "sındırdı". Bir dəfə Ronaldo het-trik etdiyi oyundan sonra onu az qala öldürəcəkdi. Dedi ki, hamı sənin dünyanın ən yaxşı futbolçusu olduğunu söyləyir, amma pis oynamırsan. Mənə ən yaxşı olduğunu göstər".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest