"Arsenal" Avropa Liqasında finala vəsiqə qazansa, Henrix Mxitaryanı Bakıya gətirə bilər. Londonlular erməni futbolçunun final görüşündə iştirakına imkan verən viza dəstəyini UEFA-dan alıb.

"Arsenal" Avropa Liqasında finala vəsiqə qazansa, Henrix Mxitaryanı Bakıya gətirə bilər. Matc.az-ın Britaniya mətbuatına istinadən məlumatına görə, londonlular erməni futbolçunun final görüşündə iştirakına imkan verən viza dəstəyini UEFA-dan alıb.

Qitə futbol qurumu Azərbaycan tərəfindən Mxitaryanın Bakıya gəlişinin problem yaratmayacağı zəmanətini almaq istəyir. Ancaq "topçular" bunun üçün ilk növbədə yarımfinal mərhələsində "Valensiya"nı üstələməlidi. Final qarşılaşması isə mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Qeyd edək ki, "Arsenal" bu mövsüm Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la Bakıdakı oyuna Henrix Mxitaryanı gətirməmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest