Türkiyə Superliqasının daha bir komandası baş məşqçisi ilə yollarını ayırır. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, "Yeni Malatyaspor" çalışdırıcısı Erol Bulutu postunda saxlamayacaq.

Türkiyə kubokunun yarımfinalında "Qalatasaray"a məğlubiyyətdən sonra 44 yaşlı mütəxəssis həftə ərzində istefa verəcəyini söyləyib. O, futbolçu və məşqçi heyəti ilə görüşdükdən sonra rəhbərliyə fikrini çatdıracağını bildirib. Malatya təmsilçisi də artıq yeni baş məşqçi axtarışlarına başlayıb.

Qeyd edək ki, Türkiyə Superliqasında sona 5 tur qalmış "Yeni Malatyaspor" 8-ci pillədə qərarlaşır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest