Mövsümün ikinci yarısını zəif keçirən "Sabah" çempionat başa çatmamış gələn mövsümün hazırlıqlarına başlayıb. Matc.az saytının əldə etdiyi məlumata görə, Premyer Liqanın debütantı ilk transferini reallaşdırıb.

Serbiyalı Saşa Stamenkoviçin performansından məmnun qalmayan paytaxt klubu gələn mövsüm çərçivəni tapşıracağı qolkiperi müəyyənləşdirib. Belə ki, "Sabah" "çernomorets"in sabiq qapıçısı Dmitri Bezrukla anlaşıb. Bu ilin yanvarında Odessa klubu ilə yollarını ayıran və klubsuz olan 23 yaşlı qolkiper gələn mövsümdən "Sabah"ın formasını geyinəcək.

Məlumatı klub da rəsmi saytı vasitəsilə yayıb. Tərəflər arasında 3 illik anlaşmaya qol çəkilib. Bezruk yeni komandasında 32 nömrəli formanı geyinəcək.

Ukraynanın bütün yaş qrupu üzrə yığmalarının formasını geyinmiş Dmitri Bezruk "çernomorets"in yetirməsidi. O, 2015-ci ilin yayından bu ilin əvvəlinə qədər Odessa klubunun əsas komandasında çıxış edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest