"Ayaks"ın yarımmüdafiəçisi Donni van de Bek Fransaya köçə bilər. Matc.az saytının "L'Equipe" nəşrinə istinadən məlumatına görə, PSJ gənc futbolçunun transferində maraqlıdı.

Parislilər 22 yaşlı oyunçunu mövsümün sonunda heyətinə qatmaq niyyətindədi. Amsterdam təmsilçisi də onun gedişindən minimum 60 milyon avro qazanmağı hədəfləyir. Ancaq futbolçu eyni zamanda "Milan"ın gündəmindədi.

Qeyd edək ki, Donni van de Bek bu mövsüm Hollandiya çempionatında 32 oyunda iştirak edib, 8 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest