"Həlledici oyunda İngiltərə finalı istəmirəm. Hazırkı komandalardan "Çelsi"yə azarkeşlik edəcəm. Hər halda Roman Abramoviç bizim adamdır"

Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov "Formula-1" Bakı Qran-prisindən öncə rusiyalı jurnalistlərin suallarını cavablamdırıb. Matc.az saytının "Sport-Express"ə istinadən məlumatına görə, dövlət rəsmisi Bakıda keçiriləcək UEFA Avropa Liqasının final matçı haqqında da sualları cavablandırıb.

O, yarımfinalda mübarizəni davam etdirən komandalardan finalda hansını görmək istədiyini belə izah edib: "Həlledici oyunda İngiltərə finalı istəmirəm. Hazırkı komandalardan "çelsi"yə azarkeşlik edəcəm. Hər halda Roman Abramoviç bizim adamdır".

Rəhimov "ingilis azarkeşlərdən qorxursunuz?" sualına isə belə cavab verib: "Bilirəm ki, onlara külli miqdarda pivə lazım olacaq. Amma biz buna da hazırıq. Bütün pivə zavodları tam gücü ilə işləyir. Onların nəyisə dağıdacaqlarını düşünmürəm. çünki başqa yerlərdə də dağıtmayıblar".

Qeyd edək ki, Avropa Liqasının yarımfinalında "Arsenal" (İngiltərə) – "Valensiya" (İspaniya) və "Ayntraxt" (Almaniya) – "çelsi" (İngiltərə) cütləri üz-üzə gələcək. Görüşlər mayın 2-də və 9-da keçiriləcək. Final matçı isə mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest