Pol Poqba yayda klubunu dəyişə bilər. Matc.az saytının məlumatına görə, fransalı yarımmüdafiəçi mövsümlərarası fasilədə Madridə köçə bilər.

Onun xidmətində "Real" maraqlıdır. "The Times" jurnalı xəbər verir ki, artıq futbolçu bununla bağlı klubunu da xəbərdar edib. O, "Mançester Yunayted" rəhbərliyinə "Real"la danışıqlara başlamaq istəməsi ilə bağlı məlumat verib.

Bundan əlavə "Jugones" də oyunçunun yeni mövsüm hazırlıqları üçün klubun çin səfərindən və viza almaqdan imtina etməsi barədə xəbər yayıb.

Qeyd edək ki, bu mövsüm "Mançester Yunayted" forması ilə Premyer Liqada 32 oyunda meydana çıxan Poqba 13 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest