"Barselona"nın kapitanı Lionel Messi sıradan çıxıb. Matç.az saytının məlumatına görə, La Liqanın IX turunda "Sevilya" ilə qarşılaşmanın ilk hissəsində qolu burxulan argentinalı əvəzlənmək məcburiyyətində qalmışdı.

Tibbi müayinədən keçən superulduzun qolunda qırıq olduğu və 3 həftə yaşıl meydanlardan kənar qalacağı açıqlanıb. Bu isə o deməkdi ki, 31 yaşlı oyunçu qarşıdakı 6 matçda "Barsa"ya kömək edə bilməyəcək. Belə ki, Messi çempionlar Liqasında "İnter"lə iki görüşü, La Liqada "Real", "Rayo Valyekano", "Betis", eləcə də İspaniya Kral Kubokunda "Leonesa" ilə oyunu buraxacaq.

Qeyd edək ki, "Barselona"nın "Sevilya"nı 4:2 hesabı ilə məğlub etdiyi qarşılaşmada Messi 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest